Ana səhifə XəbərlərMünaqişə Silahlı hücumun şahidi dəhşətli anlardan danışdı: “Mənə qışqırdılar ki, qaç…”

Silahlı hücumun şahidi dəhşətli anlardan danışdı: “Mənə qışqırdılar ki, qaç…”

admin2

Ötən gün Çexiyanın paytaxtı Praqadakı Karlov Universitetinə silahlı hücum hadisəsinin şahidi danışıb.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

43 yaşlı şahid İvo Havranek “Zoom” vasitəsilə agentliyə bildirib ki, o, əvvəlcə eşitdiyi yüksək səsli “bir neçə zərbənin” turistlərdən və ya yaxınlıqdan gəldiyini düşünüb. “Sonra birdən binadan tələbələr və müəllimlər qaçmağa başladılar. Mən əslində nə baş verdiyini anlamadan izdihamın arasından keçdim. Praqada belə bir şeyin ola biləcəyini düşünməyə hazır deyildim. Yalnız avtomatlı polisləri görəndə bunun ciddi olduğunu anladım. Mənə qışqırdılar ki, qaç”.

İnsanlar 1348-ci ildə yaradılmış Mərkəzi Avropanın ən qədim ali təhsil ocağı olan Karlov Universitetinin tarixi binası qarşısında şam yandırıblar.

Hadisədən sonra səlahiyyətlilər meydanı və fakültə binasına bitişik ərazini, Praqa qalasından çayın o tayında, Köhnə Şəhər Meydanına aparan məşhur küçədə, məşğul tarixi rayondakı hissəni bağlayıb. Görüntülərdə tələbələrin əlləri havada binadan evakuasiya edildiyi, digərlərinin isə silahlı şəxsdən gizlənməyə çalışaraq damın yaxınlığındakı çıxıntıda oturduğu, tələbələrin stol və stullarla sinif otaqlarında barrikada qurduğu əks olunub.

Praqa meri Bohuslav Svoboda Çexiya Televiziyasına deyib: “Biz həmişə belə şeylərin bizə aidiyyatı olmayan bir şey olduğunu düşünürdük. İndi belə çıxır ki, təəssüf ki, bizim dünyamız da dəyişir və burada da oxşar problem yaranır”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00