Ana səhifə XəbərlərDünya Ermənilər Qorbaçovun arvadına hədiyyə etdiyi bahalı üzüyü niyə geri istəmişdi? – FOTO

Ermənilər Qorbaçovun arvadına hədiyyə etdiyi bahalı üzüyü niyə geri istəmişdi? – FOTO

admin2

Ermənilər vaxtilə  SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorboçovun həyat yoldaşı Raisa xanıma Qarabağ məsələsinin onların xeyrinə həll olunması üçün brilyant üzük hədiyyə ediblər.

Bu barədə dosent Zaur Əliyev qeyd edib. Alim üzüyünü tarixçəsini paylaşaraq sonradan onu ermənilərin geri istədiyini də yazıb:

“1988-ci il dekabrın 6-da BMT-nin 43-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gələn M.Qorbaçovla erməni diaspor və lobbisinin görüşü olmuşdu. Görüşün təşkilində SSRİ-nin həmin vaxt ABŞ-dəki səfiri Yuri Dubininin xanımı Liana Zavenovna Dubinina xüsusi fəallıq göstərmişdi. Lyana Dubinina – qızlıq soyadı Xaçaturyan, – ABŞ-dəki erməni diasporunun Rusiya səfirliyi ilə əlaqəsini yaratmışdı. Raisa Qorbaçovanın erməni diasporu ilə görüşünü də məhz o təşkil etmişdi.

Ermənilər M.Qorbaçova xristianlığa aid bir qədim əlyazma, İ.Ayvazovskinin bahalı rəsm əsərini və vaxtilə İngilis krallarına məxsus qiymətli zərgərlik əşyaları, Raisa Maksimovnaya isə məxsusi hazırlanmış brilliant üzük və qolbağ hədiyyə etmişdilər. SSRİ Nazirlər Sovetinin sədri Nikolay Rıjkova isə “Şəbəkə” üslubunda hazırlanmış qızıl məcməyi və qızıl stəkanaltı dəsti göndərmişdilər.

Üzük Qorbaçovun xanımının o qədər xoşuna gəlir ki, onların şərəfinə ermənilərin verdiyi banket zamanı əlinə qədəh alaraq  “Sovet və erməni xalqları arasında dostluğa” tostu deyib. Görüşdən sonra R.Qorbaçovanın erməni diasporuna cavabı bələ olur: “Qarabağ məsələsi tezliklə sizin xeyrinizə həll olunacaq”.

Həmin brilyant üzük ilə əlaqədar Almaniyada çıxan “Ştern” jurnalında dərc edilmiş kollajda R.Qorbaçovanın barmağındakı brilyant üzüyün şüası Azərbaycan xəritəsində Dağlıq Qarabağın üzərinə düşür

Amma bir neçə ay sonra məlum olanda ki, Qorbaçov Qarabağın ermənilərə verilməsinə təsir göstərə bilməyəcək, daşnaklar Ermənistandakı meydanda “Raisa, üzüyü qaytar” plakatı asıblar.
Ona bağışlanan və dəyəri bir milyon dollar olan birliyant üzük hazırda muzeydə saxlanılır”.

Billurə

 

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00