Ana səhifə XəbərlərMədəniyyət Multikulturalizm Mərkəzi ötən il Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı 5 kitab çap edib

Multikulturalizm Mərkəzi ötən il Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı 5 kitab çap edib

admin2

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 2023-cü ildə də Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı kitabların çap olunmasına, həmçinin Azərbaycanda yaşayan etnik azlıqların dillərində kitabların hazırlanmasına xüsusi diqqət ayırıb.

BBMM-dən  bildirilib ki, ötən il Mərkəz tərəfindən “Həqiqətin Onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur”, “Həqiqətin Onomastikası” (rus dilində), “Qarabağın və Şərqi Zəngəzurun Alban abidələri” (ingilis dilində), “Azərbaycan Albanşünaslığının tarixinə dair” biblioqrafiya, “Qafqaz Diyarının Xəritəsi-1847” hərbi topoqrafik xəritəsi və izahlı kitabı çap olunub. Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Əli və Nino” romanı tat dilinə tərcümə olunaraq işıq üzü görüb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00