Ana səhifə XəbərlərDünya Putin üçün 1.3 milyon imza toplanıb

Putin üçün 1.3 milyon imza toplanıb

admin2

Rusiyanın hazırkı prezidenti və prezidentliyə namizəd Vladimir Putinin seçki qərargahının həmsədri Maryana Lısenko bildirib ki, hazırdaonun namizədliyinin dəstəklənməsi üçün 1,3 milyondan çox imza toplanıb.

Lısenko bu rəqəmin artacağına ümid etdiyini bildirib.

“Dekabrın 30-dan könüllülər ilk toplanmış sənədləri mərkəzi qərargaha çatdırmağa başlamışdılar, orada sənədlər yoxlanılır, hüquq xidməti tərəfindən işlənir və könüllülər onların sayını hesablayırlar”, – deyə Lısenko bildirib.

O xatırladıb ki, imzatoplama dekabrın 23-də başlayıb və yanvarın 31-dək davam edəcək.

Rusiyada Prezident seçkiləri martın 17-də keçiriləcək.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00