11 ayda İranda 600 nəfər edam edilib

On ilə yaxındır ki, İran 2023-cü ildəki kimi ciddi repressiya görməyib. 2023-cü ildə İranda ölüm hökmlərinin sayı artıb, minlərlə insan etirazlarda iştiraka görə dəmir barmaqlıqlar arxasındadır, qanunvericilik və hüquq-mühafizə orqanlarının fəaliyyətləri  sərtləşdirilib.

Bu barədə “meduza” yazır.

Nəşrin yazdığına görə, İranda sonuncu dəfə 8 il əvvəl 2023-cü ildən daha çox insan edam edilib.

“İranlı hüquq müdafiəçiləri iddia edirlər ki, 2022-ci ilin sonunda hökumət əleyhinə etirazlar zamanı hakimiyyət 30 minə yaxın adamı həbs edib. 2023-cü ilin martında 22.000 nəfəri azad ediblər.

Etirazçılar üçün əsas qorxutma üsulu ölüm hökmü olub. Ötən ilin qışında və ötən ilin yazında etiraz aksiyaları ilə bağlı ittihamlarla azı 7 nəfər asılmış, daha 30-a yaxın adam edam cəzasına məhkum edilmiş və hələ də edamını gözləyir”, – nəşr yazır.

Nəşr həmçinin yazır ki, Qəzza zolağında vəziyyətin pisləşməsi ilə İranda həyata keçirilən ölüm hökmlərinin sayı kəskin artıb: “Oktyabrın 7-dən başlayaraq iki aydan az müddətdə 127 nəfər edam edilib, ilin ilk 11 ayında isə edam edilənlərin sayı azı 600 nəfər olub”.

Related posts

Mağaza sahibləri açıq-saçıq geyim satışı bəhanəsi ilə həbs ediliblər

Özünü qazi kimi təqdim edən şəxs saxlanıldı

Aygün Bəylərin yaxınları tiktoker Ləmandan polisə şikayət etdi