Ana səhifə XəbərlərMədəniyyət Kitabxanada şair Baba Vəziroğlunun 70 illik yubileyi münasibətilə videomaterial hazırlanıb

Kitabxanada şair Baba Vəziroğlunun 70 illik yubileyi münasibətilə videomaterial hazırlanıb

admin2

Bu il Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordenli nasir, şair, tərcüməçi, kinodramaturq Baba Vəziroğlunun 70 illik yubileyi tamam olur. Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılığından bəhs edən videomaterial hazırlanıb.

Kitabxanadan  bildirilib ki, materialda Baba Vəziroğlunun bədii yaradıcılığında xüsusi yer tutan əsərləri, fəaliyyət sahələri, layiq görüldüyü təltif və mükafatlar haqqında məlumat təqdim edilir.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan videomaterialda şairin sözlərinə bəstələnmiş mahnılar, tərcümə etdiyi əsərlər haqqında məlumatlar yer alır. Videomaterialda Baba Vəziroğlunun kitab, mütaliə və onun əhəmiyyəti haqqında söylədiyi dəyərli fikirlər, öz ifasında səsləndirdiyi şeirlər təqdim edilir.

Baba Vəziroğlunun 70 illik yubileyi ilə əlaqədar hazırlanan videomaterial kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/baba-veziroglu-70 yerləşdirilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00