Ana səhifə XəbərlərSiyasət Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür

Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür

admin2

Bu gün Azərbaycan Respublikasının Dövlət Gerbinin təsdiq olunmasından 31 il ötür.

“Azərbaycan Respublikasının Dövlət gerbi haqqında” Azərbaycan Respublikasının 19 yanvar 1993-cü il tarixli 460 saylı Konstitusiya Qanunu ilə müstəqil dövlətimizin Dövlət Gerbi təsdiq edilib.

Azərbaycan Respublikasının Dövlət gerbində qalxan – azərbaycanlıların Şərq xalqlarından biri, Azərbaycanın özünümüdafiə qüdrətinə malik olduğunu, qalxanın üzərindəki dairəvi üç rəng – milli bayrağımızdakı simvolları (türklük, müasirlik, islam), səkkizguşəli ulduz əbədiyyət rəmzi olan Günəşi, alov – “Odlar Yurdu”nu – Azərbaycanı, palıd budaqları – milli hərbi qüdrətimizi, sünbül – Vətənimizin bolluğunu, bərəkətliliyini, çörəyə olan müqəddəs münasibətini, günəşin ağ rəngdə verilməsi isə Azərbaycan dövlətinin sülhsevərliyini, xalqımızın sülh, barış, əmin-amanlıq tərəfdarı olduğunu bildirməyə xidmət edir.

Azərbaycan Respublikasının Dövlət gerbində Azərbaycan milli dövlətçiliyinə, eləcə də milli ənənələrinə və ümumbəşəri dəyərlərə əsaslanan simvolikadan geniş istifadə olunub. Azərbaycan Respublikası Ali Soveti 1991-ci il 5 fevral tarixli qərarı ilə üçrəngli Dövlət bayrağını bərpa və qəbul etməklə yanaşı, “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə élan olunması haqqında” (05.02.1991, №20-XII) xüsusi qərar da qəbul etmişdi.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00