Ana səhifə XəbərlərHadisə Arayikgilin həbs qətimkan müddəti başa çatır: Sarqsyan və Köçəryan da…

Arayikgilin həbs qətimkan müddəti başa çatır: Sarqsyan və Köçəryan da…

admin2

Sentyabr ayından Bakıdakı istintaq təcridxanasında saxlanılan qondarma rejimin 8 “hərbi və siyasi lideri”nin ilkin həbs müddəti gələn ay başa çatacaq.

Bu barədə “Hraparak” məlumat yayıb.

Erməni nəşri yazır ki, yanvarın 28-də keçmiş “dövlət naziri” Ruben Vardanyanın, yanvarın 30-da isə Davit Babayanın həbs müddəti başa çatacaq. Qəzet onu da əlavə edib ki, “sabiq prezidentlər” Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyanın həbsdə saxlanma müddəti isə fevralın 3-də başa çatır. Onlar ilkin istintaq dövrü üçün 4 ay həbsdə saxlanılıblar.

KİV bununla bağlı əlavə edib ki, erməni cəmiyyətində müəyyən ümidlər var idi ki, separatçı “liderlər”in həbs müddəti bitən kimi azadlığa buraxılacaqlar.

AİHM-də separatçıların hüquqlarını təmsil edən erməni hüquq müdafiəçisi Siranuş Saakyan isə açıqlamasında bildirib ki, Azərbaycan hökumətinin qondarma rejim ünsürləri ilə bağlı növbəti mərhələdə hansı addımlar atacağı hələlik bəlli deyil.

Nəşr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin son müsahibəsinə əsasən, qondarma “Artsax”ın “hərbi və siyasi liderləri”nin bundan sonra da həbsdə qalması ehtimalı yüksəkdir. Üstəlik, Azərbaycan tərəfi daha 2 nəfəri – Ermənistanın sabiq prezidentləri Serj Sarqsyan və Robert Köçəryanı həbs etmək istədiyini də dilə gətirib.

Xatırladaq ki, Azərbaycan qanunvericiliyinə görə, ilkin həbs müddəti 18 aya qədər uzadıla bilər. Bu ehtimalı nəzərə salsaq, separatçı “liderlər”in həbs müddətinin uzadılacağı istisna edilmir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00