Ana səhifə XəbərlərGüney İranda aldadılmış investorlara atəş açıldı: Ölən və yaralananlar var – VİDEO

İranda aldadılmış investorlara atəş açıldı: Ölən və yaralananlar var – VİDEO

admin2

İranda aldadılmış investorlara atəş açılıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Bu barədə “Azad İran” “Telegram” kanalı Takestan şəhər başçısının müavini Zəbihullah Baqeriyə istinadla xəbər verib.

Bildirilir ki, atışma dünən “Almas Khodro” şirkətinin aldadılmış investorlarının etirazı zamanı baş verib. Belə ki, etirazçılar şirkət rəsmisinin evinin önündə toplaşıblar. “Almas Khodro”nun məsul şəxsi isə onlara atəş açıb. Nəticədə bir nəfər ölüb, altı nəfər isə yaralanıb.

Şübhəli saxlanılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00