Ana səhifə XəbərlərDünya Putin məğlubiyyətini etiraf etdi: O, istəyinə çatdı

Putin məğlubiyyətini etiraf etdi: O, istəyinə çatdı

admin2

Taker Karlson müsahibə zaman qarşısına qoyduğu məqsədə tam nail oldu.

Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsonla müsahibəsi haqqında mövqeyini açıqlayarkən deyib.

 

“Hesab edirəm ki, sizin Karlson – “sizin” deyəndə, onun sizin jurnalist emalatxananızın nümayəndəsi olduğunu nəzərdə tuturam – təhlükəli adamdır. Çünki düzünü desəm, düşünürdüm ki, o, özünü aqressiv aparacaq və sərt deyilən sualları verəcək”, – o qeyd edib.

Putin əlavə edib ki, o nəinki buna hazır idi, həm də bunu istəyirdi, çünki bu ona həm də kəskin cavab vermək imkanı verəcək: “Amma o, başqa taktika seçdi, bir neçə dəfə sözümü kəsməyə çalışdı. Səbirli oldu və mənim uzun dialoqlarıma, xüsusən də tarixlə bağlı dialoqlarıma qulaq asdı. Mənə hazır olduğum şeyi etmək üçün səbəb vermədi. Ona görə də açığını desəm, bu müsahibədən tam zövq almadım. Amma o, öz planına ciddi əməl etdi və məqsədinə nail oldu”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00