Ana səhifə XəbərlərMünaqişə Fransa Ermənistanı silah və sursatla təmin edəcək – YENİLƏNİB

Fransa Ermənistanı silah və sursatla təmin edəcək – YENİLƏNİB

admin2

“Fransa lazım gələrsə, Ermənistanı digərləri ilə yanaşı, yaxın, orta və uzaqmənzilli hava hücumundan müdafiə sistemləri ilə də təmin edəcək”.

Bu sözləri Fransanın müdafiə naziri Sebastyan Lekornyu İrəvanda erməni həmkarı ilə birgə brifinqdə deyib.

O, Fransanın gecəgörmə cihazları bağışladığını, “Bastion” zirehli maşınlarının da göndərilməsi üçün hazırlıqların aparıldığını vurğulayıb: “Bütün bu vasitələrin müdafiə əhəmiyyəti var, onlar sərhədləri və əhalini qorumaq üçündür”.

Lekornyu deyib ki, heç kim Fransanı Ermənistanla müdafiə sahəsində əməkdaşlığa görə tənqid edə bilməz.

“Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra regionun necə olacağından asılı olmayaraq, Ermənistan müdafiə silahları və sursatları almağa davam edəcək”, – deyə Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib.

Müdafiə naziri həmçinin qeyd edib ki, Ermənistan öz ərazi bütövlüyünü və suverenliyini qorumaq üçün silah alır. Bu silahlar heç bir ölkəyə qarşı yönəlməyib.

Mənbə: Sputnik Ermənistan

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00