Ana səhifə XəbərlərDünya Xirosimanın bombalanması zamanı əriyən saat satıldı

Xirosimanın bombalanması zamanı əriyən saat satıldı

admin2

1945-ci il avqustun 6-da Xirosimanın bombalanması zamanı əriyən saat hərracda 31 min dollara satılıb.

Bu barədə AP məlumat yayıb.

Bostonda yerləşən “RR Auction” şirkətinin məlumatına görə, saat əqrəbləri Yaponiya şəhəri üzərində atom bombasının partladığı anda – səhər saat 08:15-də dayanıb.

Hərrac evinin məlumatına görə, partlayışdan sağ çıxan nadir tapıntı olan kiçik mis saat digər tarixi əhəmiyyətli əşyalarla birlikdə hərraca çıxarılıb.

Hərrac evi bildirib ki, qol saatı şəhərin xarabalıqları arasından Britaniya əsgəri tərəfindən tapılıb.

Saatın yeni sahibi anonim qalmağa üstünlük verib.(Publika.az)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00