Ana səhifə XəbərlərMünaqişə Rusiya Kiyevi işğal etsə… – Makron hədələdi

Rusiya Kiyevi işğal etsə… – Makron hədələdi

admin2

Fransa Prezidenti Emmanuel Makron parlamentdəki partiyalarla görüşü zamanı bəyan edib ki, Rusiya qoşunları Kiyev və ya Odessanı işğal etsə, Ukraynaya qoşun göndərmək mümkündür.

Bu barədə “İndependent” nəşri məlumat yayıb.

İfrat sağçı Milli Birlik Partiyasının nümayəndəsi Cordan Bardela bu məsələdə heç bir məhdudiyyət və qırmızı xətlərin olmadığını vurğulayıb.

Məğlubedilməz Fransa Partiyasının koordinatoru Manuel Bompard isə “toplantıya narahat gəldiyini və müzakirələrdən sonra narahatlığının daha da artdığını” bildirib.

Qeyd edilib ki, Makron parlamentarilərə Rusiyanın Ukraynaya zərbələrinin mümkün istiqamətlərinin xəritələrini göstərib:

“Makron müdaxiləyə səbəb ola biləcək ssenaridən – yəni cəbhənin Odessaya və ya Kiyevə doğru irəliləməsindən bəhs edib”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00