Ana səhifə XəbərlərDünya Rusiyalı deputatdan “Crocus”la bağlı ilginc təklif: Müslüm Maqomayevin…

Rusiyalı deputatdan “Crocus”la bağlı ilginc təklif: Müslüm Maqomayevin…

admin2

“Crocus City Hall”un yerində heç Müslüm Maqomayevin də xatirə memorialı ola bilməz, o kimdir ki… Orada ancaq  pravoslav kilsəsi tikilməlidir.

“Hesab edirəm ki, yüzdən çox insanın öldüyü “Crocus City Hall”un yerində ancaq məbəd tikilib fəaliyyət göstərə bilər. İnsanların bu qeyri-insani terror hücumunun qurbanlarını dua ilə xatırlayacaqları pravoslav kilsəsi”.

Ölkə.Az xəbər verir ki, belə bir təkliflə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov çıxış edib.

“Orada hər hansı mağaza, yeni konsert zalı və ya hansısa memorial yaratmaq cəhdləri qəbuledilməzdir. Hətta Müslüm Maqomayevin də yaxşı xatirə memorialı yaratmaq olmaz.

Müslüm Maqomayev mahnı oxumaqdan başqa hansı şücaət göstərib? Bəli, o, sovet bəstəkarları və şairləri tərəfindən yazılmış yaxşı bir mahnı oxuyub. Sadəcə olaraq istedadlı insan olmasından başqa heç bir şəxsi şücaəti yoxdur”, – rusiyalı parlamentari qeyd edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00