Ana səhifə XəbərlərSiyasət Ermənistan kanalı Əskipara ilə bağlı filmi sildi

Ermənistan kanalı Əskipara ilə bağlı filmi sildi

admin2

Əskipara kəndi ilə bağlı film Ermənistanın birinci kanalının saytından silinib.

Trend erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə kanalın keçmiş jurnalisti Marianna Paytyan sosial şəbəkə hesabında məlumat yayıb.

Erməni jurnalist ki, “Sərhəddə həyat” adlı sənədli film seriyası ümumilikdə saytdan silinib.

“Kanalın saytında Voskeparla bağlı bölümü axtarırdım. Məlum oldu ki, sərhəddəki yaşamla bağlı çəkdiyimiz bütün seriyalar saytdan silinib. Lakin məndə arxivlərdə qalıb.

Bir az da axtardım, gördüm ki, Şuşa şəhərinin işğal ediməsi ilə bağlı film, hətta Xankəndi xəstəxanasından hazırladığımız reportajları da siliblər”, – o əlavə edib.

Qeyd edək ki, Əskipara – Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənddir. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00