Ana səhifə XəbərlərDünya Fələstin dövləti yaradılmalıdır – Çin lideri

Fələstin dövləti yaradılmalıdır – Çin lideri

admin2
Çin lideri Si Cinpin Pekinin Yaxın Şərqdəki münaqişə ilə bağlı narahatlığını ifadə edib.

Bu barədə o, “Le Figaro” nəşri üçün yazdığı məqalədə bildirib.

Onun fikrincə, münaqişəni Fələstin dövlətinin yaradılması ilə həll etmək olar.

“Fələstin-İsrail münaqişəsi bizi narahat edən məsələdir. Əsas həll yolu müstəqil Fələstin dövlətinin yaradılmasıdır”, – Çin lideri bildirib.

Si Cinpinin sözlərinə görə, tarix göstərir ki, “davamlı qeyri-sabitlik” əsasən BMT qətnamələrinin yerinə yetirilməməsi, həmçinin “iki dövlət prinsipinin aşınması və Yaxın Şərqdə sülh prosesindən yayınma” ilə bağlıdır.

Məqalə Çin Xalq Respublikası sədrinin Fransaya səfəri fonunda dərc olunub. Onun fikrincə, ölkələr Yaxın Şərqdə sülhün bərpasına kömək etmək üçün əməkdaşlığı gücləndirməlidir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00