Ana səhifə XəbərlərSiyasət Paşinyan: Dayanmayacağıq, Azərbaycanla sənəd imzalanacaq

Paşinyan: Dayanmayacağıq, Azərbaycanla sənəd imzalanacaq

admin2

Ermənistanın Tavuş bölgəsindəki sərhəd sütunları ölkənin təhlükəsizliyinin təminatıdır.

Bunu Baş nazir Nikol Paşinyan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “bu gün Ermənistanda baş verənlər təhlükəsizlik təminatlarının yaradılmasıdır, çünki əvvəlki təminatlar işləməyib”.

Qeyd edib ki, hazırda Azərbaycanla delimitasiya 90 faiz tamamlanıb.

Ermənistan Baş naziri delimitasiyanı dayandırmayacağını vurğulayıb: “Delimitasiyaya son qoyulmasını tələb edən qüvvələr, o cümlədən xarici qüvvələrin dəstəyi ilə Ermənistan ərazisinin bir hissəsini işğal etmək üçün hər şeyi edəcəklər ki, bundan hakimiyyət dəyişikliyi üçün istifadə etsinlər”.

Paşinyan bildirib ki, Ermənistan və Azərbaycan noyabra qədər sülh müqaviləsi imzalaya bilər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00