Ana səhifə XəbərlərCəmiyyət Ruhiyyə Poladova – Bu adı unutmayın

Ruhiyyə Poladova – Bu adı unutmayın

admin2

Bu dünya daxilən güclü, zahirən məsum, gözəl, xeyirxah əməllər sahibi olanların mövcudluğu sayəsində bərqərardır. Onlardan biri də yüzlərlə insanın məhəbbətini qazanmış Ruhiyyə Poladovadır.
Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin I Vitse-Prezidenti, peşəkar səhiyyə ustası, onlarla Fəxri Fərman sahibi, müxtəlif ictimai təşkilatların aparıcı qüvvələrindən biri olan Ruhiyyə xanımın həyatı çox çətin dönəmlərdən keçmişdir. Yüksək zehni qabiliyyəti, parlaq zəkası, böyük iradəsi, fasiləsiz, sərbəst, ədalətli, cəsur, başarıqlı çalışmaları, səbirli rəftarı, xeyirxah, səxavətli əməlləri, bənzərsiz, mehriban, səmimi ünsiyyəti ilə hər zaman bütün çətinliklərə qalib gəlməklə yanaşı, yüzlərlə insanın sevimlisinə, sirdaşına, məsləkdaşına, yüksək zirvə simvoluna çevrilmişdir.
Onun haqqında həm Bakının yüzlərlə ictimai, mədəni, təhsil və sairə sahələrində, həm ölkəmizin, həm Türkiyənin bir çox ictimaiyyətçiləri arasında yalnız xoş sədalar səslənir.
Ruhiyyə xanımın xeyirxah əməllərinin sayı-hesabı yoxdur.
O hər bir ehtiyacı olan üçün əlindən gələni etməklə yanaşı, bir çox problemlərin həllində səlahiyyətli orqanlar məsələnin icrasına nail olana qədər tələbat dolu mücadilələri ilə cəmiyyətin ehtiramını qazanmışdır.
Ətrafındakı hər bir kəsi kəskinliklə intizama sürükləyən, xoş rəftarı ilə hamını mehribanlığa çağıran, səmimiyyəti ilə onu tanıyanların qəlbinə yol tapan Ruhiyyə xanım həm də gözəl, mehriban, nəvazişli ailə başçısıdır.
Övladlarına olan sonsuz məhəbbəti tələbkarlığına da zərər vurmur.
Onun qəlbində təkcə öz övladlarına deyil, bütün insanlığa yetəsi dərin, sonsuz məhəbbət var.
Bütün gözəl xüsusiyyətləri ilə insanlığa nümunə olası bir vətəndaş xalqın fəxri sayılır.
Ruhiyyə Poladova da bu fəxrlərdən biridir.
Bu gün Ruhiyyə xanımın dünyaya təşrif buyurduğu gündür.
Onu həm təşkilatımız, həm də onu sevənlərin hər birinin adından təbrik edirəm. Dünyaya gəlişinizlə insanlığa necə sanballı, möhtəşəm imza atmısınızsa, bütün həyatınız boyu o imzanın işığına toplananlar sizin xoşbəxtlik simvolunuzu yaratsınlar.

Sənubər Qasımova
DAMM-nin Mətbuat Departamentinin rəhbəri
«ictimaixeber.az» saytının baş redaktoru
Jurnalistlər Birliyinin üzvü,
yazar-publisist.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00