Slovakiyanın Baş naziri Robert Fitso sui-qəsd cəhdindən sonra öz vəzifəsinə qayıdıb.
Məlumata görə, baş nazir Trnava şəhəri yaxınlığındakı Slovenska-Nova-Ves kəndində yerləşən “Aqro Voderadi” kənd təsərrüfatı birliyinə baş çəkib, burada məhsul yığımının gedişi ilə tanış olub.
“İqlim dəyişikliyi reallıq kimi qəbul edilməlidir. Bunu respublikada məhsul yığımına erkən başlanması sübut edir”, – deyə Fitso bildirib.
Bundan başqa, iyulun 5-də Slovakiyanın baş naziri müqəddəs Kiril və Mefodiya Bratislavadakı Devin qəsrinə gəlişinin 1161-ci ildönümü münasibətilə keçirilən şənliklərdə iştirak edib və burada çıxış edib.
Qeyd edək ki, mayın 15-də Slovakiyada hökumətin səyyar iclasının keçirildiyi binada atışma zamanı Baş nazir Robert Fitso yaralanmışdı.