596
İsrailin Baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin Fələstin ərazilərində məskunlaşma fəaliyyətinə son qoyulmasını tələb edən qərarını rədd edib.
Hökümət başçısı bu barədə “X” hesabında yazıb.
“Yəhudi xalqı nə öz torpaqlarının – nə də əbədi paytaxtımız Qüdsün işğalçısıdır. Haaqada heç bir saxta qərar bu tarixi həqiqəti təhrif etməyəcək. Vətənimizin hər yerində İsrail yaşayış məntəqələrinin qanuniliyi şübhə doğura bilməz”, – Netanyahu vurğulayıb.