562
Rusiyaya daxil olan əcnəbilərdən biometrik məlumatlar (üz şəkli və barmaq izləri) tələb olunacaq.
Rusiya KİV-lərinin yaydığı məlumata görə, qayda dekabrın 1-dən etibarən tətbiq ediləcək.
Birinci mərhələdə prosedurun Moskvanın Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovski hava limanlarında, həmçinin Orenburq vilayətinin Maştakovo keçid məntəqəsində həyata keçirilməsi nəzərdə tutulub.
İkinci mərhələdə (30 iyun 2025-ci il tarixindən etibarən) bütün Rusiya sərhəd-keçid məntəqələrində həmin prosedur tətbiq ediləcək.