386
Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Akop Vardanyan istefa verib.
Bu barədə NEWS.am öz mənbələrinə istinadən məlumat yayıb.
Hələlik bu barədə rəsmi məlumat verilməyib.
Vardanyan bu vəzifəyə qədər Ermənistanın “Elektrik Şəbəkələri”, “Tashir Group” və “Yüksək Gərginlikli Elektrik Şəbəkələri” şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Agentlik mənbələrinin bildirdiyinə görə, istefaya səbəb hakimiyyətin enerji sektorundakı vəziyyətdən narazılığı olub.