Ana səhifə XəbərlərSiyasət Qərbə və Rusiyaya Ermənistan yox, Azərbaycan lazımdır

Qərbə və Rusiyaya Ermənistan yox, Azərbaycan lazımdır

- İskəndəryan

admin2

“Ermənistan sülh müqaviləsinin imzalanmasını və münasibətlərin tənzimlənməsini Azərbaycandan gələn çağırışların “müalicəsi” kimi qəbul edir. Azərbaycan üçün sülh müqaviləsi məqsəd deyil, alətdir, Ermənistan üçün isə müqavilənin bağlanması məqsəddir. Azərbaycan Ermənistandan heç bir təhlükə görmür, ona görə də Azərbaycan üçün belə sülh var və razılaşmaya ehtiyac yoxdur. 2020-ci ilə qədər, 2016-cı ilə qədər isə bu, tam əksi idi. O zamanlar  Ermənistan status-kvonu qoruyub  saxlamaq üçün vəziyyəti sonsuzadək uzatmağa  çalışırdı. İndi Azərbaycan danışıqlardan, mümkün razılaşmadan Ermənistanı zəiflətmək üçün alət kimi istifadə edir və istifadə edəcək”.

Bunu Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan “5-ci kanal”a müsahibəsində  deyib.

“Nə qədər ki, vəziyyət belədir, nə qədər ki, Qərbə və Rusiyaya Ermənistandan daha çox Azərbaycan lazımdır, Azərbaycan ən böyük fayda ilə vəziyyətdən çıxmağa çalışacaq. Danışıqlar yalnız mümkün sülh naminə Ermənistana təzyiq göstərmək üçündür”, – politoloq  Aleksandr İskəndəryan qeyd edib.

Onun fikrincə, problem ondadır ki, Azərbaycanın qırmızı xətti yoxdur, Ermənistanın güzəştləri ilə məhdudlaşmayacaq, üstəlik, tələblərini artırmağa davam edir:
“Əgər Ermənistan müqavimət göstərmək əvəzinə Azərbaycanın irəli sürdüyü gündəm və mövcud vəziyyətlə razılaşarsa, təbii ki, təzyiqlər davam edəcək”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00