Ana səhifə XəbərlərDünya Kadırov Maskdan üzr istədi

Kadırov Maskdan üzr istədi

admin

Çeçenistan rəhbəri Ramzan Kadırov etiraf edib ki, amerikalı sahibkar İlon Mask ona “Cybertruck” verməyib.

O, bu barədə özünün Telegram kanalında yayımlanan verilişdə dasnılıb.
Kadırov iddia edib ki, sosial şəbəkələr vasitəsilə milyarderlə lağ etməyi xoşlayır:

“O, mənə maşın verməyib, maşın mənim deyildi – mən bunu zarafatla olaraq demişdim”.

O həmçinin əlavə edib ki, əgər hər hansı bir şəkildə Maskı incidibsə, üzr istəyir.

Bundan əvvəl Ramzan Kadırov üstünə pulemyot bərkidilmiş “Cybertruck” sürərək, onu Maskın özünə hədiyyəsi kimi təqdim etmişdi. Eyni zamanda qeyd etmişdi ki, “Cybertruck” tezliklə Şimal Hərbi Dairə zonasına göndəriləcək və “orada əsgərlərimizə çoxlu fayda gətirəcək”.

Video yayıldıqdan sonra İlon Mask Kadırova “Cybertruck” verdiyi barədə məlumatları təkzib edib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00