Ana səhifə XəbərlərDünya ABŞ Qəzzanı ƏLƏ KEÇİRƏCƏK

ABŞ Qəzzanı ƏLƏ KEÇİRƏCƏK

admin

“ABŞ Qəzza zolağına nəzarəti ələ keçirəcək və biz orada işləri görəcəyik”.

Bunu ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.

O, Vaşinqtonun genişmiqyaslı minatəmizləmə və quruculuq işləri görmək istədiyini bildirib.

“Bütün partlamamış bombaların və digər sursatları təmizlənməsinə cavabdeh olacağıq, ərazini hamarlayacağıq, dağıdılmış binalardan xilas olacağıq. Biz regionda insanları qeyri-məhdud iş və mənzillə təmin edəcək iqtisadi inkişaf yaradacağıq”, – Tramp qeyd edib.

Onun sözlərinə görə, ABŞ “lazım gələrsə” öz qoşunlarını anklavın ərazisinə yerləşdirəcək. O, həmçinin iki milyona yaxın qəzzalının qonşu ölkələrə köçürülməsinin vacibliyini təkrarlayıb.

Donald Tramp bundan əvvəl Fələstin əhalisinin İordaniya, Misir və digər ölkələrə köçürülməsini təklif edib. O, ABŞ-nin qəzzalıların köçürülməsi cəhdlərini maliyyələşdirmək niyyətində olmadığını vurğulayıb.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00