Ana səhifə XəbərlərHadisə Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib

Xaricdə ələ keçirilən terrorçular Azərbaycana gətirilib

admin

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) terrorçuluqla bağlı axtarışda olan şəxslər barəsində Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi məlum olub.

Qeyd olunan şəxslər DTX tərəfindən terrorçuluğa qarşı həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ardıcıl şəkildə xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətiriliblər.

Saxlanılan terrorçuların sayının çox olduğu bildirilir.

DTX-nin Mətbuat xidmətindən isə yerli medianın sorğusuna cavab olaraq bildirilib ki, hazırda aidiyyəti məsələ ilə əlaqədar əməliyyat-istintaq tədbirləri davam etdirildiyindən yaxın vaxtlarda ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

Mövzunu diqqətdə saxlayırıq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00