53
Ermənistan baş naziri Nikol Paşinyan 2020-ci ildə baş verən 44 günlük müharibə vaxtı ordusunun xeyli itiki verdiyi etiraf edib və bunun səbəblərini açıqlayıb.
O, bu barədə 44 günlük müharibənin araşdırılması üzrə komissiyasının iclasında danışıb.
Hökumət başçısı qeyd edib ki, ən ciddi problem silahlı qüvvələrin fəaliyyəti ilə bağlı idi:
“Ordumuzun hərəkətlərində problem var idi. Bizim itkilərimizin böyük hissəsi məhz mövqe dəyişikliyi zamanı baş verirdi”.
N. Paşinyan həmçinin əlavə ki, Ermənistan ordusunda mobillik yox idi.