80
Bölgələrdə qaz limitinin ləğvi və su təchizatı məsələsi mürəkkəb məsələdir, ona görə də deputatların qaldırdığı bu məsələlərə cavab vermək elə də asan məsələ deyil
Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyib.
“Limitin ləğvi məsələsi sadə məsələsi deyil. Bunlar artıq müəyyən edilib. Ölkədə onsuz da qaz qiyməti yüksək deyil və yetərincə aşağıdır. Açıq etiraf etməliyik ki, qaz limitinin ləğvi və su təchizatı asan məsələ deyil”, – nazir bildirib.