Hazırda dünya heç vaxt olmadığı qədər nüvə fəlakətinə yaxındır.
Bu barədə Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayev deyib.
“Biz nüvə fəlakətinə heç vaxt olmadığı qədər yaxınıq. Bu cür geriləmə məni xüsusilə narahat edir, çünki ölkəmiz nüvə tərk-silahı işinə böyük töhfə verib. Qlobal səviyyədə siyasi iradə olmadan bu sahədə nəzərəçarpacaq irəliləyişə nail olmaq demək olar ki, mümkün deyil”, – Nazarbayev “Astana Klubu”nun iclasında bildirib.