Ana səhifə XəbərlərDünya Putin terror aktı ilə bağlı xalqa müraciət edir

Putin terror aktı ilə bağlı xalqa müraciət edir

admin2

Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb.

Rusiya prezidenti bunu baş vermiş terror aktı ilə bağlı xalqa müraciətində deyib.

V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib: “Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”.

Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib.

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib: “Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan “pəncərə” açılıb”.

Ölkə liderinin sözlərinə görə, əsas məsələlərdən biri yeni cinayətlərin qarşısını almaqdır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00