128
Azərbaycan Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verib.
Bu barədə XİN-in “X” hesabında paylaşım edilib.
Bildirilib ki, Pakistanda 23 əsgərin həlak olduğu dəhşətli terror aktı xəbəri dərindən sarsıdıb və kədərləndirib.
“Qardaş Pakistan İslam Respublikası ilə dərin hüznlə başsağlığı və həmrəyliyimizi bildiririk. Biz terrorizmin bütün formalarını kəskin şəkildə pisləyirik”,- qeyd olunub.