admin2

İlk dəfə istifadə edənlər rüsum ödəməyəcək

Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət edənlər rüsumdan azad edilir.

Bununla bağlı Dövlət rüsumu haqqında qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında l oxunuşda müzakirəyə çıxarılır.

Qanuna dəyişikliklə, Mülki işlər üzrə ilk dəfə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ümumi məhkəməyə iddia ərizəsi ilə müraciət edən fiziki şəxslər bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğinin 10 faizini ödəməkdən azad olunacaqlar.

Dəyişiklik layihəsi səsverməyə qoyularaq l oxunuşda qəbul edilib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00