74
“Son vaxtlar Türkiyəyə təzyiqlər artıb. Milli Kəşfiyyat İdarəmiz həm daxildə, həm də xaricdə düşmənə layiqli cavab verir.”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də “Ortaq paylaşım” konfransında çıxışı zamanı deyib.
Bildirib ki, bunun əsas səbəbi Ankaranın Yaxın Şərqdəki durumla bağlı ortaya qoyduğu mövqedir.
“Türkiyə Silahlı Qüvvələri terrorçuları məhv edir. Ölkəmiz artıq tam müstəqildir. Əvvəlki Türkiyəyə öyrəşənlərin bundan narahat olmaları təbiidir”, – deyə Ərdoğan qeyd edib.