258
Avstraliyanın Sidney şəhərindən Yeni Zelandiyanın Oklend şəhərinə uçan LATAM Hava Yollarına məxsus “Boeing 787” tipli sərnişin təyyarəsi qəfil hündürlüyünü itirib.
Hündürlüyün itirilməsi nəticəsində azı 50 nəfər xəsarət alıb.
Məlumata görər, təyyarədə 263 sərnişin və 9 ekipaj üzvü olub və təyyarə Oklend hava limanına eniş edib. Yaralılardan birinin vəziyyətinin ağır, digərlərinin isə yüngül və orta ağır olduğu bildirilib.
Sərnişinlərdən biri olan Brian Cokat baş verənləri belə ifadə edib: “Təyyarə ani bir anda endi. Bu, hər hansı kiçik turbulentlikdə yaşadığım hər şeyə bənzəməyən bir şəkildə endi. Nəticədə insanlar oturacaqlarında özlərini saxlaya bilməyərək təyyarənin tavanına çırpıldılar və dəhlizdə yuvarlandılar”.