Ana səhifə XəbərlərSiyasət Paşinyandan sərhəd açıqlaması: Bölgü Tavuşdan başlayır…

Paşinyandan sərhəd açıqlaması: Bölgü Tavuşdan başlayır…

admin2

İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən (Azərbaycanın Qazaxla sərhəd bölgəsi-red) başlaya bilər.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

“Belə fikirlər var ki, delimitasiyanı bütövlükdə aparmaq, sonra konkret hərəkətlərə və ya ara varianta keçmək, yaxud ən çətin sahələrdən başlamaq lazımdır və s. İstisna etmirəm ki, delimitasiya Tavuş bölgəsindən başlaya bilər. Qərar qəbul edərkən biz reallıqların və vəziyyətin hərtərəfli təhlilindən çıxış etməli və Ermənistan ətrafında mövcud təhlükəsizlik çağırışlarının idarə olunması məntiqini, vəziyyətin sabitliyini təmin etmək üçün tələb və ehtiyacları rəhbər tutmalıyıq”, – Paşinyan qeyd edib.

Azərbaycanla torpaq sahələrinin dəyişdirilməsi imkanlarına gəlincə, Paşinyan bildirib ki, belə imkanlar azdır: “Bu, təhrifə və ya əlavə risklərə səbəb ola bilər”.

Paşinyan əlavə edib ki, yaxın gələcəkdə kommunikasiyaların harada olduğunu öyrənməlidirlər. “Ermənistandakı bütün kommunikasiyaların Ermənistan ərazisindən keçdiyinə əmin olmalıyıq ki, bizim bu sahədə problemimiz olmasın. Yaxın vaxtlarda problemlərlə yerində tanış olmaq üçün Tavuş rayonuna gedəcəyəm. Hazırda həll yollarımız yoxdur, amma hesab edirəm ki, biz bu ümumi prosesi məhz bu məntiqlə idarə etməliyik”, – Paşinyan bildirib.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00