Ana səhifə XəbərlərDünya Bölgələrin parlamentdə təmsilçiliyi üzrə deputat yeri sayları DƏYİŞDİRİLİB

Bölgələrin parlamentdə təmsilçiliyi üzrə deputat yeri sayları DƏYİŞDİRİLİB

admin2

Türkiyədə Ali Seçki Komissiyası (YSK) 2023-cü il əhali məlumatları çərçivəsində bəzi şəhərlərin deputat sayında dəyişiklik edib.

Türkiyə Statistika Qurumunun (TÜİK) 2023-cü il əhali məlumatlarına görə YSK tərəfindən hazırlanan 600 millət vəkilinin vilayətlərə görə bölgüsü “Resmi Gazete”də dərc olunub.

Bölgüyə əsasən, İstanbulda növbəti seçkilərdə seçiləcək deputatların sayı 98-dən 96-ya endirilib. Bundan başqa, Hatayda seçiləcək millət vəkillərinin sayı 11-dən 10-a, Kütahyada isə 5-dən 4-ə salınıb.

Deputatların sayı Bursada 20-dən 21-ə, Eskişəhərdə 6-dan 7-yə, Tunceli və Bayburtda 1-dən 2-yə qaldırılıb.

Qeyd edək ki, Türkiyədə parlament seçkiləri proporsional qaydada keçirilir və hər seçki dairəsində ayrı-ayrı partiya siyahıları üzrə mübarizə aparılır. Səslərin sayılması prosesində “D’Hondt” seçki sistemi tətbiq olunur.

Yeni bölgü ilə aşağıdakı cədvəldən tanış olmaq mümkündür:

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00