Ana səhifə Xəbərlərİdman “Qarabağ”ın rəqibi Bakıya 21 futbolçu ilə gəlir

“Qarabağ”ın rəqibi Bakıya 21 futbolçu ilə gəlir

redaktor

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq Finlandiya HİK-i Bakıya 21 futbolçu ilə gəlir.

Klubun rəsmi saytına istinadən xəbər verilir ki, onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 6-sı yarımmüdafiəçi, 4-ü isə hücumçudur.

Qapıçılar: 1. Yesse Öst, 85. Niki Myanpa, 78. Aleks Ramula
Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hyömyölöynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan
Yarımmüdafiəçilər: 8. Filip Rogiç, 10. Lukas Linqman, 18. Topi Keskinen, 23. Püri Soyri, 24. Georgios Kanellopulos, 56. Perparim Hetemay
Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 29. Entoni Olusanya, 37. Atomu Tanaka

Qeyd edək ki, avqustun 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00