Ana səhifə XəbərlərMədəniyyət Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

admin2

Qırğızıstanda Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun təşəbbüsü ilə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan və rus dillərində “Türk dünyasının dahi şəxsiyyəti” kitabı nəşr edilərək təqdim olunub.

Fonddan AZƏRTAC-a bildirilib ki, “Türk dünyasının dahi şəxsiyyəti” kitabı Azərbaycan, türk və qırğız alimlərinin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr etdikləri məqalələr toplusundan ibarətdir.

Fondun rəhbəri Nüsrət Məmmədovun sözlərinə görə, topluya daxil olan məqalələri iki hissəyə ayırmaq olar. “Birinci hissəyə Heydər Əliyevi görkəmli dövlət xadimi və müasir Azərbaycanın banisi kimi səciyyələndirən məqalələr daxildir. Məqalələrin ikinci hissəsi isə Ümummilli Liderin Azərbaycan xalqının mədəniyyətinin, təhsilinin, ədəbiyyatının inkişafı, mədəni irsinin qorunması və təbliği sahəsindəki fəaliyyətinə həsr olunub”, – deyə o bildirib.

“Türk dünyasının dahi şəxsiyyəti” kitabının işıq üzü görməsi Azərbaycanın böyük oğlu Heydər Əliyev tərəfindən əsası qoyulan Qırğızıstan və Azərbaycan mədəni həyatındakı uğurları tərənnüm edən mühüm hadisədir.

Qeyd edək ki, Fond kitabı geniş oxucu auditoriyası üçün pulsuz yaymağı planlaşdırır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00