Ana səhifə XəbərlərDünya Arestoviç: Ukraynada hərbi çevriliş ola bilər

Arestoviç: Ukraynada hərbi çevriliş ola bilər

admin2

Ukraynanın daxili siyasətində yığılmış ziddiyyətləri “yalnız fövqəladə vasitələrlə” həll etmək mümkündür.

Belə bir bəyanatla  Ukrayna prezidentinin aparatının keçmiş müşaviri Aleksey Arestoviç öz teleqram kanalında çıxış edib.

O hesab edir ki, legitimliyin getdikcə azalması, tezliklə hakimiyyətin qəbul etdiyi bütün qərarları şübhə altına salmağa başlaya bilər: “Bu da öz növbəsində müharibə dövründə bu, həm bütövlükdə dövlət, həm də xalq üçün birbaşa təhlükə yaradır”.

Arestoviçin fikrincə, mövcud vəziyyətdən yeganə çıxış yolu radikal addımlar ola bilər.

O bildirib ki, hadisələrin inkişafı variantları arasında hərbi çevriliş və ya “şərti Maydan” prosesləri yenidən təkrarlana bilər.

Arestoviç eyni zamanda  yaranmış vəziyyətdə şərti milli konsensus hökumətinin yaradılmasını da uyğun hesab edir. Onun fikrincə, hakimiyyətin bu istiqamətdə real addım atacağına da inanmır.

O qeyd edib ki, belə bir vəziyyətdə prezident seçkilərinin keçirilməsidir, lakin indiki şəraitdə bu, “qeyri-adi (ekstraordinar) qərar olar”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00