Ana səhifə XəbərlərMədəniyyət POETİK QİRAƏTdə “Məqsədimiz Azərbaycandır…” deyən Sayman Aruzdur

POETİK QİRAƏTdə “Məqsədimiz Azərbaycandır…” deyən Sayman Aruzdur

admin2

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu gün sizlərlə Sayman Aruz görüşür.

 

Arada çoxdan yazdığın şeirlər üçün darıxırsan. Məndə bu tez-tez olur. Bəlkə də səbəbi budur ki, özün özün üçün darıxırsan və təskin tapmayanda da şeirlərindən güzgü yaradıb dərmanı öyrənmək istəyirsən…

 

Məqsədimiz Azərbaycandır!

 

İşığa çatmaq üçün qarşıya məqsəd qoyduq,

Günəşi sevmək üçün qaranlığa sədd qoyduq.

 

Savalan zirvəsini fəth elədik eşq ilə,

Savalandan aşağı zirvələrə hədd qoyduq.

 

Anladıq ki, dinimiz Azərbaycandı bizim,

Bu dini sevməyənin ismini mürtəd qoyduq.

 

Köhnə “A”-lar bizi çatdırmadı Allah evinə,

Yeni bir “A” yaradıb üstünə də məd qoyduq.

 

Kilsəmiz, məscidimiz, meyxanamız yox idi,

Səcdəgah etmək üçün torpağı məbəd qoyduq.

 

Canfəda qəlbimizin qiymətini bilmədi eşq,

Qəlb evin arzuların dəfninə məşhəd qoyduq.

 

O qədər vardı şəhid ki, vətən övladından,

Hər bir ev, hər küçədə bir yenə mərqəd qoyduq.

 

Azərbaycan adında niyə can var sorsan,

Deyərəm biz vətənə can verərək ad qoyduq.

 

Canı bayraq elədik Azərbaycan adına,

Sonra can bayrağı bayraqlara ərşəd qoyduq.

 

Bayrağın varlığını sirr elədik üç rəngdə,

Sirri Sayman elədik, açmasın əbcəd qoyduq.

 

“Ədəbiyyat və incəsənət”

(13.12.2023)

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00