Ana səhifə XəbərlərSiyasət Azərbaycan ABŞ-nin planlarının mərkəzindədir – DETALLAR

Azərbaycan ABŞ-nin planlarının mərkəzindədir – DETALLAR

admin2

Vaşinqton rəsmiləri Avropa və Asiyanı birləşdirən əsas ticarət və enerji tranziti marşrutu olan Qafqaz vasitəsilə yeni enerji dəhlizi yaratmaq üçün səylərini ikiqat artırmaqdadırlar.

Bu barədə Foreign Policy in Focus (FPİF) yazır.

FPİF yazır ki, Vaşinqton rəsmiləri diqqəti Ermənistan və Azərbaycana yönəltməklə iki ölkəni yeni enerji kəmərləri ilə birləşdirməyə çalışırlar.

Dövlət Departamentinin sözçüsü Ceyms O’Brayn noyabrda Konqresdə deyib ki, Ermənistanın iştirakı və razılığı ilə tikilən tranzit dəhlizi bütün regiondakı dövlətlər və qlobal bazarlar üçün böyük fayda ola bilər.

ABŞ məqsədləri onilliklər ərzində ABŞ rəsmiləri Qafqazda geosiyasi məqsədlər güdürlər. Bölgəyə Avropa ilə Asiyanı birləşdirən strateji əhəmiyyətli bir ərazi kimi baxaraq, regionu Avropa ilə birləşdirməyə, eyni zamanda onu regionla sıx əlaqələr saxlayan İran və Rusiyadan uzaqlaşdırmağa çalışırlar.

Hələ keçən il senator James Risch (R-ID) bölgə ilə mövqeyini açıqlayaraq deyib ki, Qafqaz Avropa, Asiya və Yaxın Şərq arasında kəsişmə nöqtəsi kimi son dərəcə vacibdir: “Ticarət, enerji sazişləri, infrastruktur və investisiyaların hamısı regionu transatlantik birliyə daha yaxşı inteqrasiya etmək potensialına malikdir”.

Bu baxımdan Azərbaycan ABŞ-nin planlarının mərkəzindədir. Ölkənin böyük enerji ehtiyatlarını, xüsusən də neft və təbii qazı nəzərə alaraq, ABŞ rəsmiləri Azərbaycanı Avropanın Rusiya enerjisindən asılılığından qurtulmağa kömək edəcək ABŞ-nin rəhbərlik etdiyi Qafqazın yaradılmasında açar kimi görürlər.

Senator Kristofer Mörfi sentyabrda keçirilən dinləmələrdə vəziyyəti belə izah edib: “Son on ildə biz avropalı həmkarlarımızla Avropaya tədricən Rusiya qazı və neftindən asılılığından qurtulmağa kömək etmək üçün səylə çalışdıq. Bu strategiyanın bir hissəsi Azərbaycan qazını və neftini Avropaya daha çox çatdırmaq idi”, – senator əlavə edib.

ABŞ-nin Azərbaycana diqqət yetirməsinin digər səbəbi onun yerləşdiyi coğrafiyadır. Azərbaycan  Şimalda Rusiya, şərqdə Xəzər dənizi və cənubda İran olan bir ölkədir. O baxımdan da ABŞ rəsmiləri Azərbaycanı “Avrasiya enerji siyasətinin episentri” kimi görürlər. Birləşmiş Ştatlar Azərbaycanı Qərbin xeyrinə olan Şərq-Qərb enerji dəhlizinin başlanğıc nöqtəsi kimi görür.

ABŞ baxımından daha bir mühüm geosiyasi nailiyyət Cənub Qaz Dəhlizi oldu. Üç ayrı boru kəmərini birləşdirən dəhliz Azərbaycandan Avropaya uzanır. 2020-ci ildə təbii qazın Avropaya ilk tədarükündən bəri dəhliz Ukraynadakı müharibə zamanı Avropanı enerji ilə təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir.

“Bu Cənub Qaz Dəhlizi Türkiyə, Yunanıstan, Bolqarıstan, potensial olaraq Albaniya və əlbəttə ki, İtaliya və Qərbi Balkanların enerji müxtəlifliyini təmin etmək üçün son dərəcə vacibdir. Bunun nə qədər vacib olduğunu sözlə ifadə etmək çətindir”, – Dövlət Departamentinin təmsilçisi yuri Kim Konqresdə deyib.

Yeni marşrut
Boru kəmərləri Azərbaycandan neft və təbii qazı Qərbə nəql etdiyi üçün ABŞ rəsmiləri Ermənistan ərazisindən keçən əlavə boru kəmərləri yaratmaqla Şərq-Qərb dəhlizini gücləndirməyə cəhd edirlər.

Onilliklər ərzində ABŞ-nin planlarının qarşısında duran əsas problemlərdən biri Qarabağ münaqişəsi olub. Nə qədər ki, Ermənistan və Azərbaycan regionda fikir ayrılıqları davam edir, ABŞ rəsmiləri Ermənistanı daha geniş Şərq-Qərb enerji dəhlizinə inteqrasiya etməsini az ehtimal edirlər. Lakin son illər regional dinamika sürətlə dəyişib.  Azərbaycan 2020-ci ilin sentyabr ayının sonlarında Qarabağ ətrafındakı rayonları işğaldan azad etdi. 2023-cü ildə isə Qarabağa nəzarətini təmin etdi.  Belə bir şəraitdə ABŞ rəsmiləri Ermənistan və Azərbaycanı yeni enerji dəhlizinin əsasını qoya biləcək sülh razılaşmasına nail olmağa inandırmaq üçün səylərini təzələyirlər.

Dövlət Departamentinin sözçüsü Ceyms O’Brayen noyabr ayında Konqresdə çıxışı zamanı deyib ki, bu regionda görüləcək çox işlər var.

Dövlət Departamentinin rəsmiləri ABŞ-nin maliyyələşdirdiyi yeni enerji dəhlizinin tikintisi planlarını nəzərdən keçirir.

Maneələr
ABŞ-nin planlarının qarşısında bir sıra maneələr dayanır. Lakin buna baxmayaraq, Dövlət Departamentinin rəsmiləri öz planlarına arxayındırlar. Onlar Ermənistan və Azərbaycan arasında razılığa gələcəyinə, həmçinin Ermənistan vasitəsilə yeni enerji dəhlizi yarada biləcəklərinə ümid edirlər.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00