Ana səhifə XəbərlərSiyasət Simonyan: “Azərbaycan sülhə töhfə verən addımlar atır”

Simonyan: “Azərbaycan sülhə töhfə verən addımlar atır”

admin2

Azərbaycan Cənubi Qafqazda sülhün bərqərar olmasına töhfə verən addımlar atır, İrəvanla Bakı arasında razılaşma mümkündür.

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.

“Sülh heç vaxt bu qədər yaxın olmayıb. Biz sülh prosesini irəli aparırıq. Azərbaycan tərəfinin də oxşar yanaşması var. Onlar bu istiqamətdə addımlar atır”, – o qeyd edib.

Spiker əlavə edib ki, Ermənistan və Azərbaycan arasında qarşıdan gələn sülh sazişinin əsas prinsipləri artıq razılaşdırılıb: “Bəzi suallar qalır, amma düşünürəm ki, biz bunu danışıqlar yolu ilə həll edə bilərik”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00