Ana səhifə XəbərlərCəmiyyət Telefonla autizmin əlaqəsi varmı? – ARAŞDIRMA

Telefonla autizmin əlaqəsi varmı? – ARAŞDIRMA

admin2

Telefona çox baxmaq uşaqda sonradan autizm spektri yaradırmı?

“Medicina” xəbər verir ki, İsrail alimləri illərdir anaları narahat edən bu məsələni araşdırıb.

Onlar 20 ilin 46 meta analizini müqayisə ediblər. Cəmi 562 min könüllünün tibbi məlumatları incələnib.

İsrail alimləri telıefon və qadjetlərə uzun müddət baxmağın uşağın beyin, əqli inkişafına təsir etməsi və pozmasına aid dəlil, sübut tapmayıblar.

Autizm sosial qarşılıqlı əlaqə və ünsiyyətdə pozğunluqlarla xarakterizə olunan neyroinkişaf pozğunluğudur.

Alimlər belə hesab edir ki, əslində, əvvəldən autizm pozğunluğu olan uşaqlar telefona, ekrana baxmağa meyilli olur və daha çox qadjetdə vaxt keçirir.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00