Ana səhifə XəbərlərDünya Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır! – Çex spiker

Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır! – Çex spiker

admin2

Mən heç vaxt şübhə etməmişəm ki, Qarabağ Azərbaycandır. Heç vaxt!

Bunu Bakıda səfərdə olan Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova jurnalistlərə açıqlamasında deyib.

O, fikirlərinin yanlış anlaşıldığını vurğulayıb. Adamova qeyd edib ki, o, heç vaxt Qarabağın Azərbaycana məxsus olduğunu inkar etməyib.

“Vacib olan gələcəyə baxmaqdır, bu, həmişə vacibdir. Hesab edirəm ki, indi regionda bütün ölkələr arasında münasibətlərin inkişaf etdiyi bir dövrdür və bu, hamımızın üçün vacibdir”, – spiker bildirib.

Adamova qeyd edib ki, Azərbaycanın və Ermənistanın suverenliyi Çex Respublikasının marağındadır: “Sülhün mövcud olduğu Cənubi Qafqaz çiçəklənəcək və əminəm ki, bu hər kəs üçün önəmlidir”.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00