Ana səhifə XəbərlərMədəniyyət Bakıdakı Rus evində Gənclər Gününə həsr olunan konsert keçirilib

Bakıdakı Rus evində Gənclər Gününə həsr olunan konsert keçirilib

admin2

Azərbaycan Gəncləri Günü münasibətilə Bakıdakı Rus evində bayram konserti təşkil olunub.

Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) AZƏRTAC-a bildiriblər ki, istedadlı insanlar səhnədə parlaq çıxışları ilə tamaşaçıları sevindiriblər. Tədbirin qonaqları səsləndirilən milli və klassik musiqidən, rəqs, şeir ifalarından zövq alıblar.

Ümummilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycanda Gənclər Günü elan olunub. Həmin vaxtdan bu tarix ölkəmizdə təntənəli şəkildə qeyd edilir.

Tədbir Azərbaycanın Rus Gəncləri Assosiasiyası, “Gənclərin töhfəsi” və “Peşə Təhsilinin İnkişafı və Məşğulluğa Dəstək” ictimai birlikləri tərəfindən Bakıdakı Rus evinin dəstəyi ilə təşkil olunub.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00