Ana səhifə XəbərlərMədəniyyət Repressiya dövründə xalqın danışan dili olan söz xiridarı Əliağa Vahidin doğum günüdür – VİDEO

Repressiya dövründə xalqın danışan dili olan söz xiridarı Əliağa Vahidin doğum günüdür – VİDEO

admin2

Fevralın 17-si Azərbaycan-sovet şairi, qəzəlxanı, meyxanaçı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi Əliağa Vahidin doğum günüdür.

Oxu.Az xatırladır ki, Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 1895-ci ildə Bakı şəhərində anadan olub.

Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

Azərbaycanda sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışıb, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazıb, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulurlar.

Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hisslərini təbliğ edirdi.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00