Ana səhifə XəbərlərDünya Livanda 260-a yaxın insan ağ fosfordan zəhərlənib

Livanda 260-a yaxın insan ağ fosfordan zəhərlənib

admin

2023-cü ilin payızından bu yana 260-a yaxın livanlı İsrailin ölkənin cənub rayonlarını bombardman edərkən istifadə etdiyi ağ fosfordan zəhərlənmə yaşayıb.

Bu barədə Livanın “Al Wataniya” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“2023-cü ilin oktyabrından bu il avqustun 20-dək ən azı 257 nəfər fosfor zəhərlənməsindən əziyyət çəkib. Livanın “Hizbullah” hərəkatı ilə İsrail arasında silahlı eskalasiya başlayandan bəri Livanda ümumilikdə 564 nəfər ölüb”, – məlumatda bildirilir.

Qurumun məlumatına görə, ötən ilin payızından indiyədək azı 110 099 nəfər İsrailin hücumları nəticəsində ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, iyunun 27-də “Financial Times” qəzeti radar və peyk məlumatlarına istinadən İsrailin demək olar hər gün “Hizbullah” hədəflərini beynəlxalq səviyyədə qadağan olunmuş ağ fosfor mərmilərindən atəşə tutması nəticəsində İsrailin Livanla sərhədi boyunca 5 kilometrlik zonanın yaşayış üçün tam yararsız hala çevrildiyini açıqlamışdı.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00