Ana səhifə XəbərlərGüney Tarixi qala baxımsız qalıb

Tarixi qala baxımsız qalıb

Sənədli film istehsalçısı Tikantəpə (indiki Tikab) rayonu Durbaş kəndində yerləşən tarixi qalanın baxılmaz qalmış vəziyyəti barədə çəkiliş edib.

admin2

100 ildən artıq tarixi olan böyük və görkəmli qala özünə məxsus memarlığı ilə Qacarlar çağında tikilib.

Lakin hal-hazırda Şərqi Azərbaycan Əyaləti Əl Sənayesi və Mədəni İrs Təşkilatının laqeydliyi və qalanın vəziyyətinə ciddi yanaşmadığına görə onun çox hissələri dağılıb, qalan tikililər də dağılmaq üzrədir.

“Tikan Təpə sakini milli ruhu olan bir şəxs illər öncə qalanının dağınıq hissələrini təmir etməyə cəhd edib. Lakin qala hazırda gördüyünüz baxımsız vəziyyətdədir” sənədli film istehsalçısı Məhəmməd Əlimuradı deyib.

Əlimuradi tarixi qalanın dağılmasının qarşısını almaq məqsədi güney azərbaycanlılara müraciət edib.

“Təbriz, Zəncan, Urmu, Qəzvin, Tehran şəhərlərində, həmçinin ölkədan xaricdə yaşayan və vətənin eşqini ürəklərində daşıyan azərbaycanlı sərmayə sahiblərinə müraciət edirəm. Bu kimi milli tarixi abidələrimiz bərpa və təmir olunmaları üçün sizin təşəbbüsünüzü gözləyir”-deyə Əlimuradı vurğulayıb.

O, qalanın vəziyyətindən paylaşdığı çəkilişin sonunda deyib: “gəlin çiyin-çiyinə verib milli irslərimizi qoruyaq!”

Məhəmməd Əlimuradı bundan əvvəl də Tikantəpənin Yolğun Ağac kəndində yerləşən tarixi hamamın acınacaqlı vəziyyətindən video çəkiliş edərək əyalətin rəsmiləri tərəfindən Azərbaycanın abidələrinə laqeyd yanaşmalarına etirazını bildirmişdir.

Qala barədə videoya baxmaq üçün bura tıklayın.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00