Ana səhifə XəbərlərDünya Alla Puqaçova da dövlət xaini elan edilir – SƏBƏB

Alla Puqaçova da dövlət xaini elan edilir – SƏBƏB

admin2

Rusiya Federasiyasının Baş Prokurorluğu məşhur müğənni Alla Puqaçovanın xarici agent kimi tanınması proseduruna başlayıb.

Bu barədə Rusiyanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib.

Onun sözlərinə görə, idarə Ədliyyə Nazirliyinə müvafiq sorğu göndərib. Prosedurun başlamasına səbəb ifaçının normal insanların Rusiyaya qayıtmaq fikrində olmadığını deməsi olub.

Bundan əlavə, sənətçi martın 22-də “Crocus City Hall”da baş verən terror aktına heç bir reaksiya vermədiyi üçün tənqid edilib.

 

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00