Ana səhifə XəbərlərDünya Cənubi Afrikada yüksək patogenli quş qripi aşkar edilib

Cənubi Afrikada yüksək patogenli quş qripi aşkar edilib

H7 ştamından 9,5 min ev quşu tələf olub

redaktor

Cənubi Afrikanın şərqində yüksək patogenli quş qripinin yayılması ilə bağlı iki hal aşkar edilib.

Bu barədə “Citizen Digital” portalı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, Mpumalanqa əyalətində yeni H7 ştamından 9,5 min ev quşu tələf olub. Əvvəlki H5N1 ştammı 2021-ci ildə dünyada yüz milyonlarla quşun ölümünə səbəb olmuşdu. O zaman Cənubi Afrika ilə yanaşı, yüksək patogenli quş qripinin epidemiyaları Vyetnam, İsveç və Fransada da qeydə alınmışdı.

Virus toyuqları, ördəkləri və qazları yoluxdurur, lakin vəhşi təbiətdə də quş qripinə yoluxma halları qeydə alınır.

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?
-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00